EN

Ukrayna bu ölkə ilə diplomatik əlaqələri bərpa etdi

Suriya və Ukrayna Kiyevin təşəbbüsü ilə dayandırılmış diplomatik münasibətləri bərpa ediblər.

Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qurumun "Telegram" kanalında dərc edilən məlumata görə, diplomatik münasibətlərin qurulmasına dair kommünike BMT Baş Assambleyasının Nyu-Yorkdakı sessiyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin və Suriya Ərəb Respublikasına keçid dövrü üçün rəhbərlik edən Əhməd əş-Şəraanın iştirakı ilə xarici işlər nazirləri tərəfindən imzalanıb.

XİN xatırladıb ki, Kiyev 2022-ci ildə Dəməşqin Luqans və Doneskdə yaradılan saxta dövlətlərin müstəqilliyini tanıdıqdan sonra Suriya ilə diplomatik münasibətləri kəsmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
16
1
olaylar.az

2Sources