Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qurumun "Telegram" kanalında dərc edilən məlumata görə, diplomatik münasibətlərin qurulmasına dair kommünike BMT Baş Assambleyasının Nyu-Yorkdakı sessiyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin və Suriya Ərəb Respublikasına keçid dövrü üçün rəhbərlik edən Əhməd əş-Şəraanın iştirakı ilə xarici işlər nazirləri tərəfindən imzalanıb.
XİN xatırladıb ki, Kiyev 2022-ci ildə Dəməşqin Luqans və Doneskdə yaradılan saxta dövlətlərin müstəqilliyini tanıdıqdan sonra Suriya ilə diplomatik münasibətləri kəsmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31