EN

Azərbaycanın BMT-dəki görüşləri: Beynəlxalq investisiyaların diqqəti ölkəyə yönəlir - ÖZƏL

Azərbaycan Prezidentinin BMT-də keçirdiyi yüksək səviyyəli görüşlər beynəlxalq investisiya dairələrinin Azərbaycana artan marağını göstərir və ölkənin qlobal enerji və maliyyə bazarlarındakı mövqeyini möhkəmləndirmək imkanları yaradır. Eyni zamanda, bu görüşlər Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu və liderinə olan etibarı əks etdirir.

"Azərbaycan prezidentinin Nyu-Yorka səfəri, BMT Baş Assambleyasında iştirakı,  burada keçirilən görüşlər:  rəsmi dövlət rəhbərləri, hökumət başçıları ilə,  eyni zamanda dünyanın aparıcı maliyyə qurumlarının nümayəndələri və beynəlxalq şirkətlərlə görüşlər xüsusi əhəmiyyət kəsb edir. Vacib məqamlardan biri də iri maliyyə korporasiyalarının nümayəndələri ilə keçirilən görüşlərdir".

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında söyləyib: 

"Hazırda bu şirkətlərin Azərbaycana marağının artmasının əsas səbəbi ondan ibarətdir ki, Cənubi Qafqaz 35 ildən bəri münaqişələr zonası kimi qəbul olunurdu, lakin artıq bu bölgədə münaqişələr sona çatıb və bu işi məhz Azərbaycan təkbaşına həll edib.
Hazırda bölgədə sülh prosesi dərinləşməkdədir və  əməkdaşlıq formatlarına açıqdır. Məhz bu da beynəlxalq investisiyaların bölgəyə gəlişini sürətləndirir. Azərbaycanda əldə olunmuş sabitlik, güclü dövlət qurumları, güclü cəmiyyət və eyni zamanda Azərbaycanın sülh təşəbbüsləri beynəlxalq maliyyə korporasiyalarının və enerji şirkətlərinin diqqətindədir. Çünki beynəlxalq kapital hər zaman sabitlik olan zonalara, bölgələrə yatırılır. Bu görüşlər Azərbaycanın beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi nüfuzunun güclənməsindən xəbər verir. Bu əlaqələrin genişlənməsi isə Azərbaycanda sabitliyin, inkişafın və investisiyaların artmasına xidmət edəcək. Bu da gələcəkdə Azərbaycanın dövlət kimi möhkəmlənməsinə, əhalisinin firavan yaşayışının təmin olunmasına və bütövlükdə regionun sülh coğrafiyasına çevrilməsinə ciddi şəkildə əsas yaradacaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
21
olaylar.az

1Sources