EN

KİV: İsrailin Qəzzaya zərbələri nəticəsində azı 14 nəfər həlak olub » AzadMedia.az


İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 14 nəfər həlak olub.

Bu barədə Qətərin "Al Jazeera" telekanalı məlumat yayıb.

Məlumata görə, Fələstin anklavının mərkəzi hissəsində yerləşən Zuveyda şəhərində evə hücum nəticəsində 11 nəfər həlak olub. Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yaşayış binasının atəşə tutulması nəticəsində daha 3 nəfər ölüb.

Hücumlar zamanı daha bir neçə nəfər yaralanıb, ancaq onların sayı açıqlanmır.

Sentyabrın 16-da İsrailin baş naziri Benyamin Netanyahu Qəzza şəhərinə intensiv hücumun başladığını təsdiqləyib. Məqsəd Fələstinin radikal HƏMAS hərəkatını məğlub etməkdir. Bundan əvvəl İsrail Ordusu dəfələrlə yerli əhaliyə şəhərə vərəqələr ataraq döyüş bölgəsini tərk etmələri barədə xəbərdarlıq edib.
Chosen
10
1
azadmedia.az

2Sources