EN

Özcan Deniz bu səbəbdən klonlaşdırılacaq

Məşhur müğənni və aktyor Özcan Denizlə bağlı səs-küylü xəbər yayılıb.

BAKU.WS xəbər verir ki, çəkiləcək yeni süni-intellekt serialı üçün aktyorun səsi və görünüşü klonlaşdırılacaq.

"Tesserakt" adlı serialda hadisələr 2050-ci ildə cərəyan edəcək. Özcan Deniz serialda prezident rolunda olacaq.

Səs və görüntünü istifadəsi üçün müəllif haqqları "Vitpepper Studios"a verilib.

7-10 dəqiqə aralığında olan serial 6 bölümdən ibarət olacaq.

"Vitpepper Studios" layihəni 13 oktyabrda keçiriləcək "MIPCOM" sərgisində təqdim edəcək.

Chosen
22
1
far.az

2Sources