EN

Almaniya Rusiya pullarının ən qısa müddətdə Ukraynaya verilməsinə çalışır

ain.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniya dondurulmuş Rusiya vəsaitlərinin Ukraynaya verilməsini dəstəkləyəcək.

Hurriyyet.az xəbər verir ki, məlumatı Politico mənbələrə istinadən yayıb. Nəşr qeyd edir ki, Berlin Rusiyanın dondurulmuş 172 milyard avro vəsaitindən Ukraynanın xeyrinə istifadə etməklə bağlı “yeni, hüquqi cəhətdən əsaslandırılmış” planlara açıqdır.

Bununla da Brüssel, nəhayət, milyardlarla avroluq dondurulmuş Rusiya dövlət aktivlərinin Ukraynaya köçürülməsi səylərinə güclü dəstək almış olub.

Nəşr qeyd edib ki, bu, əvvəllər Rusiya vəsaitlərinin hər hansı innovativ istifadəsinə qarşı çıxan Almaniya siyasətində əhəmiyyətli dəyişiklikdir. Bu ideya hazırda Belçika depozitarında saxlanılan milyardlarla avro Rusiya vəsaitinin Ukraynaya köçürülməsini və onların Aİ tərəfindən dəstəklənən istiqrazlarla əvəzlənməsini nəzərdə tutur.

Dondurulmuş vəsaitləri veksellərlə əvəz etməklə Komissiya Rusiyanın aktivlərinin qeyri-qanuni müsadirə edilməsi ilə bağlı ittihamların qarşısını almağa ümid edir. Almaniya kansleri Fridrix Merzin Avropa məsələləri üzrə müşaviri Mixael Klaus deyib: “Biz dondurulmuş Rusiya aktivlərindən istifadə üçün yeni, hüquqi cəhətdən əsaslandırılmış variantları nəzərdən keçirməyə hazırıq”.

Nəşr qeyd edib ki, Berlin indi hətta Aİ liderlərinin gələn həftə Kopenhagendə keçiriləcək qeyri-rəsmi görüşü ərəfəsində bu planı dəstəkləmək üçün digər ölkələrə də təzyiq edir: “Bu, həm də Avropa Şurasının qeyri-rəsmi görüşündə əsas müzakirə mövzusu olacaq. Ukraynalılara silah alışını davam etdirmək üçün pul lazımdır və seçimlər çox deyil".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
2
hurriyyet.az

3Sources