EN

Ukrayna və Suriya diplomatik əlaqələrin bərpasına dair bəyannamə imzalayıb



Ukrayna prezidenti Vladimir Zelenski Nyu-Yorkda Suriya prezidenti Əhməd Şara ilə görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti özünün sosial şəbəkə hesabında məlumat verib.

Zelenski Ukrayna və Suriyaya qarşı təhlükəsizlik təhdidləri, bu təhdidlərə qarşı mübarizə və ölkələr arasında əməkdaşlığı müzakirə etdiklərini bildirib. O, “Biz qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələr qurmağa razılaşdıq”,-deyə bildirib.

Zelenski həmçinin görüş zamanı iki ölkə arasında diplomatik əlaqələrin bərpasına dair birgə bəyannamənin imzalandığını da açıqlayıb.

Anar Əliyev
Chosen
11
newscenter.az

1Sources