EN

Nyu Yorkda Krım Platformasının beşinci sammiti keçirilib VİDEO

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sammit BMT-nin 80 illik yubileyi ilində, Baş Assambleya çərçivəsində keçirilib

Sentyabrın 24-də Nyu-Yorkda beşinci Krım Platforması sammiti başlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının və Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) “YouTube” kanalı sammiti yayımlayıb.

XİN-dən bildirilib ki, sammit BMT-nin 80 illik yubileyi ilində, Baş Assambleya çərçivəsində keçirilib. Tədbirdə dünya liderləri, beynəlxalq təşkilatların, parlamentlərin, ekspert dairələrinin, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Əsas müzakirə mövzuları Ukraynanın ərazi bütövlüyünün bərpası və BMT Nizamnaməsinə əsaslanan ədalətli sülhə nail olmaq üçün konkret addımlar atılması olub.

Həmçinin BMT Baş Assambleyasının dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qorunmasında rolu, Rusiyanın təcavüzünə qarşı mübarizə üzrə qətnamələri, Qara dəniz və Azov dənizi regionlarında təhlükəsizlik çağırışları, işğal olunmuş Krımda insan hüquqlarının vəziyyəti və onun işğaldan azad edilməsi üzrə beynəlxalq səylər müzakirə olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
ayna.az

1Sources