EN

Ərdoğanın Makronla zarafatı gündəm olub – Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda fransalı həmkarı Emmanuel Makronla görüşüb.

Axar.az xəbər verir ki, iki ölkə liderinin dialoqunun görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb və gündəm olub.

Ərdoğan Makrona “Necəsiniz?” sualını ünvanlayıb, Fransa lideri isə cavabında yaxşı olduğunu bildirib.

Bunun ardınca, Türkiyə prezidenti ətrafdakılara zarafatla “Yaxşı imiş, demək ki, yaxşı olduğu zamanlar da olur” deyib.

Chosen
25
12
axar.az

10Sources