EN

Dünya bankı elektrik enerjisinin paylanması və ötürülməsi sisteminə aid iri layihə üzrə Azərbaycanla əməkdaşlıq edir (ÖZƏL)

Bakı. Trend:

Dünya bankı elektrik enerjisinin paylanması və ötürülməsisisteminə aid iri layihə üzrə Azərbaycanla əməkdaşlıq edir.

Bunu Trend-ə DünyaBankı Qrupunun enerji üzrə baş mütəxəssisi Florian Kitt Bakıdakeçirilən Bakıda Azərbaycan və Mərkəzi Asiya Yaşıl EnerjiHəftəsində (Azerbaijan & Central Asia Green Energy Week 2025)çərçivəsində özəl müsahibəsində deyib.

“Hazırda biz hökumətlə birlikdə böyük bir layihə hazırlayırıqki, bu layihə Azərbaycanda elektrik enerjisinin bölgüsü vəötürülməsi sisteminin gücləndirilməsinə əsas olacaq. Hazırkımərhələdə diqqətimiz məhz bu istiqamətdədir. Gələcəkdə Dünya BankıAzərbaycan hökumətindən ölkənin hansı sahələrdə tərəfimizdənmaliyyə dəstəyinə ehtiyac duyduğuna dair prioritet istiqamətləribildirməsini gözləyəcək”, -deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, Dünya Bankı beynəlxalq publik maliyyəstrukturu olaraq üzv ölkələrin tələbləri əsasında fəaliyyətgöstərir.

“Azərbaycan Dünya Bankının üzvüdür və Vaşinqtondakı İdarəHeyətində təmsil olunur. Buna görə də hökumətin prioritetistiqamətləri müəyyən etməsini və bizimlə birlikdə maliyyənin hansısahələrə yönəldilməsinin məqsədəuyğun olduğunu qərarlaşdırmasınıgözləyirik. Biz öz tərəfimizdən enerji keçidi sahəsində ən vaciblayihələrin müəyyən olunmasına texniki yardım göstəririk”,-deyəDünya Bankının nümayəndəsi vurğulayıb.

O əlavə edib ki, bu prosesdə digər maliyyə təşkilatları iləəlaqələndirmə də zəruridir.

“Dünya Bankından başqa, Asiya İnkişaf Bankı və Asiyaİnfrastruktur İnvestisiya Bankı kimi institutlar da var. Bizmaliyyələşdirmə həcmini artırmaq və bəzən prosesi ləngidənbürokratik maneələri aradan qaldırmaq üçün daha fəal əməkdaşlıqetməyə çalışırıq. Məqsədimiz daha sürətli və səmərəli fəaliyyətgöstərməkdir”,- Kitt söyləyib.

Məqalədə:
Chosen
50
1
az.trend.az

2Sources