EN

BMT sessiyasında İ.Əliyev diqqət mərkəzində olan dövlət başçılarındandır



"BMT-nin Baş Assambleyasının 80-ci sessiyası narahat və qarmaqarışıq müasir dünyada yeni düzənin yaradılması və vacib problemlərin həlli üçün əlverişli bir fürsət yaradıb. Liderlərlə keçirilən görüşlər, aparılan müzakirələr, ən yüksək tribunada edilən çixişıar rəngarəng olsa da əsas diqqət beynəlxalq sülhü təhdid edən İsrail -Fələstin münaqişəsinə, Yaxın Şərqə və Ukrayna-Rusiya müharibəsinə yönəlib

Lakin başa çatan müharibələr barədə də danışılıb. Birləşmiş Ştatlar prezidenti D. Trampın və Türkiyə prezidenti R.T.Ərdoğanın Ermənistan Azərbaycan arasında sülh sazişinin paraflanması barədə fikirləri təqdirəlayiq hal hesab edilmişdir. BMT-nin yüksək zirvə toplantısında Azərbaycanın portfelində bir sıra aktual mövzular var".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Əli Orucov səsləndirib. O deyib ki, region təhlükəsizlik və inkişaf, işğaldan azad olunmuş ərazilərə investisiyaların cəlb edilməsi bu sıraya aiddir:

"Artıq bu istiqamətdə müəyyən görüşlər keçirilib. Təmaslar bu sadaladığımız məsələlərin həyata keçirilməsində bir vəsilə olacaq deyə düşünürəm. İşğaldan azad olunmuş ərazilərə xarici sərmayələrin cəlbi prosesi sürətləndirməklə yanaşı, təhlükəsizlik üçün də əlavə zəmin yaradardı. Qeyd etmək lazımdır ki, sessiyada prezident İ.Əliyev diqqət mərkəzində olan dövlət başçılarındandır və onun çıxışının da diqqətlə izlənəcəyinə heç bir şübhə qalmır".


Süleyman
Chosen
29
1
newscenter.az

2Sources