EN

Tramp niyə Rusiyaya “kağız pələng” dedi?

Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ Prezidenti Donald Trampın görüşü çox qeyri-adi idi. Əvvəllər Zelenski həmişə Trampa Rusiyanın nə qədər güclü və pis olmasından şikayətlənirdi. İndi isə əksinə, Zelenski Trampa ilk növbədə Ukraynanın nə qədər böyük uğurlar qazandığını və Rusiyanın nə qədər böyük problemləri olduğunu bildirdi.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Birincisi, Zelenski Ukrayna Silahlı Qüvvələrinin 160 kvadrat kilometr ərazini geri aldığını iddia edib. İkincisi, o, Rusiyanın böyük iqtisadi problemlərlə üzləşdiyini bəyan edib. Üçüncü, Zelenski bildirib ki, Ukrayna PUA-larının neft emalı zavodlarına və yanacaqdoldurma məntəqələrinə endirdiyi zərbələr səbəbindən Rusiyada ciddi benzin qıtlığı yaranıb. Dördüncüsü, Ukraynanın qalib gəlmək şansı çox yüksəkdir.

Məhz Zelenskinin bu çıxışlarına cavab olaraq Tramp görüşdən sonra Rusiya üçün problemlərin nə qədər böyük olduğunu başa düşdüyünü, Rusiyanın “kağız pələng” olduğunu, Ukraynanın 1991-ci il sərhədinə qədər hər şeyi fəth edə, hətta daha da irəli gedə biləcəyini bəyan etdi. Dünyanın əksər ekspertləri hesab edir ki, Zelenski Ukraynanın uğurlarını çox şişirdir. Və hamını maraqlandırır: Tramp həqiqətənmi Zelenskiyə inandı? Yaxud Ukrayna problemindən nəhayət ki, qurtulmaq üçün buna inanmış kimi davrandı? Lakin görüşdən sonra Zelenski və Avropa üçün ən mühüm nailiyyət Trampın artıq Zelenskidən Donbası Rusiyaya təhvil verməsini tələb etməməsidir. Üstəlik, rus dilinə və pravoslav kilsəsinə qarşı siyasi repressiyalara son qoyulmasını da tələb etmir", - o qeyd edib.

Chosen
33
axar.az

1Sources