EN

Ərdoğanın Makronla zarafatı gündəm oldu - Video

Nyu-Yorkda Türkiyə və Fransa prezidentləri Rəcəb Tayyib Ərdoğanla Emmanuel Makron arasında görüş keçirilib.

XəzərNews.az “Yeni Şafak”a istinadən xəbər verir ki, iki ölkə liderinin görüşü BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində təşkil edilib. Tərəflər Türkiyə-Fransa münasibətləri başda olmaqla regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Danışıqlardan əvvəl isə Ərdoğanla Makron arasında maraqlı dialoq baş tutub.

Belə ki, Ərdoğan Makrona “Necəsiniz?” sualını ünvanlayıb, Fransa lideri isə cavabında yaxşı olduğunu bildirib.

Bunun ardınca, Türkiyə prezidenti fransalı həmkarına zarafatla “Yaxşı imiş, demək ki, yaxşı olduğu zamanlar da olur” deyib.

İki ölkə liderinin dialoqunun görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb və gündəm olub.

Həmin görüntüləri təqdim edirik:



Xəbər 37 dəfə oxunub.
Chosen
12
12
xezernews.az

10Sources