EN

Adil Şükürovu qınadı: Mən belə etməzdim

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Komandamız çox pis haldadır". Bu sözləri Sport24.az-a "Kəpəz"in əfsanəvi futbolçusu Rövşən Əhmədov deyib.

Gəncə təmsilçisi ilə üç dəfə ölkə çempionu olmuş sabiq hücumçu "sarı-göylər"in hazırkı durumu haqqında fikirlərini bölüşüb:

"Baş məşqçi Adil Şükürov da istefa verib. Amma şəxsən mən yenə yerli mütəxəssisin komandaya rəhbərlik etməsinin tərəfdarıyam. Tərlan Əhmədov, Mahmud Qurbanov və ya Arif Əsədovu bu postda görmək istəyərəm. Əminliklə deyə bilərərəm ki, bu üç nəfərdən hansı gəlsə, komandanı Premyer Liqada saxlaya biləcək. Onlara güvənmək lazımdır. İnanıram ki, dediyim şəxslər komandanı çempionatda saxlaya bilərlər. Rəhbərliyin qərarından çox şey asılıdır. Biz kimik? Sadəcə, fikrimizi deyirik. Rəhbərlik bizdən məsləhət alası deyil. Azər Bağırov da pis baş məşqçi deyil. Amma yəqin ki, qayıtmaz. Daha əvvək klubla münasibəti yaxşı olmadı və getdi. İnsandır, bəlkə gələr. Gəlsə, şəxsən yaxşı olar".

R.Əhmədov sabiq baş məşqçi Adil Şükürov haqqında da danışıb: 

"O, mənim dostum, yoldaşımdır. Daha əvvəl gəlmişdi və sonra yollar ayrıldı. Amma gördünüz gəldi və yenidən getdi. Daha əvvəl gedəndə təzminatın da almışdı. Yenidən qaytardılar. Dostuq, yoldaşıq. Amma mən elə etməzdim. Gələndə komandanın vəziyyətini görmüşdü. Amma klubda qaldı. Görürsən ki, belədir, denən ki, işləmirəm. Gəldin özünü burada pis etdin. Sabah səni hansı komanda götürəcək? İnanmıram ki, Premyer Liqada hansısa komandaya getsin və baş məşqçi işləyər. Bu dediklərim bütün mütəxəsislərə aiddir. İş istəyirsənsə, öz tələblərin də olmalıdır. Tərlanla birlikdə oynamışıq. İndi də işsizdir. Bir dəfə gəldi "Kəpəz"də çalışdı. Hazırda yenə işsizdir. Çox məşqçilər var ki, işsizdirlər. Kim gəlirsə, komandaya xeyir verməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
1
sport24.az

2Sources