EN

Azərbaycan və Ermənistan XİN rəhbərləri ABŞ-də Transatlantik şam yeməyində iştirak ediblər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ dövlət katibi Marko Rubio tərəfindən təşkil olunmuş Transatlantik şam yeməyində iştirak ediblər.

Milli.Az xəbər verir ki, tədbirə eyni zamanda onların Avropa İttifaqı və NATO ölkələrindən olan həmkarları, eləcə də İsveçrə və Ukraynanın xarici işlər nazirliklərinin rəhbərləri qatılıblar.

Görüşdə NATO baş katibi Mark Rütte və Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas da iştirak edib.

ABŞ Dövlət Departamentinin məlumatına görə, müzakirələr zamanı transatlantik tərəfdaşlığın sülhün və rifahın möhkəmləndirilməsində mühüm rol oynadığı vurğulanıb.

"Dövlət katibi Ermənistan və Azərbaycanın uzunmüddətli sülh yolunda irəlilədilməsində prezidentin əldə etdiyi nailiyyətləri qeyd edib",-deyə baş mətbuat katibinin birinci müavini Tommi Piqott bildirib.

Görüş iştirakçıları həmçinin Qərb Asiyada sabitliyin möhkəmləndirilməsi və İrannın nüvə silahı hazırlaması və ya əldə etməsinin qarşısının alınması da daxil olmaqla, qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Milli.Az

Chosen
23
4
milli.az

5Sources