EN

Ukrayna Krımda iki rus An-26 təyyarəsini MƏHV ETDİ

Ukrayna Müdafiə Qüvvələri Krım ərazisində yerləşən hərbi aerodroma zərbə endirib. Nəticədə Rusiyaya məxsus iki An-26 tipli hərbi-nəqliyyat təyyarəsi sıradan çıxarılıb.

Musavat.com xəbər verir ki, hücum zamanı həmçinin radiolokasiya stansiyaları (RLS) və bort radiolokasiya sistemləri (BRLS) də vurulub. Bu zərbə Rusiya ordusunun logistikasına və hava nəzarəti imkanlarına ciddi zərər vurduğu bildirilir.

Ukrayna tərəfi qeyd edib ki, əməliyyatın detalları yaxın vaxtlarda açıqlanacaq, lakin artıq təsdiqlənmiş nəticələr Rusiyanın Krımdakı hərbi potensialına ağır zərbə vurulduğunu göstərir.

Musavat.com

Chosen
29
musavat.com

1Sources