EN

Avropa Bankı Azərbaycan iqtisadiyyatı barədə proqnozunu dəyişdi - İQTİSADİ ARTIM YAVAŞLAYACAQ

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB, EBRD) Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 2 %, 2026-cı ildə isə 2,5 % artacağını proqnozlaşdırır.

Marja.az xəbər verir ki, bu, Bankın "EBRD bölgələrində artım qlobal təzyiqlər fonunda sabit qalacaq" başlıqlı məlumatında deyilir.

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın iqtisadi artımını 2025-ci ildə 3 %, 2026-cı ildə isə 2,5 % səviyyəsində proqnozlaşdırıdı. Beləliklə, Azərbaycanda 2025-ci il üçün ÜDM-in artım göstəricisi may proqnozu ilə müqayisədə 1 faiz bəndi aşağı salınıb, 2026-cı il üçün proqnoz isə dəyişməz qalıb.

"Azərbaycanda iqtisadi artım 2024-cü ildəki 4,1 %-dən 2025-ci ilin birinci yarısında illik 1,5 %-ə qədər yavaşlayıb, belə ki, karbohidrogen hasilatı sektorunda azalma 3,1 % təşkil edib, qeyri-neft sektorunda isə fəallıq tikinti, ticarət və turizmin hesabına 3,8 % artıb", - icmalda qeyd olunur.

 

Chosen
43
1
marja.az

2Sources