UEFA Avropa Liqasında Liqa mərhələsinin ilk turu davam edir.
Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün daha 9 qarşılaşma baş tutacaq.
İlk oyun günündə əvvəlcə “Lill” “Brann”la, "Qou Ehed İqls" isə "Styaua" ilə qarşılaşacaq.
Daha sonra daha 7 oyun keçiriləcək. Saat 23:00-da başlayacaq görüşlər çərçivəsində Çempionlar Liqasının ötənilki iştirakçıları “Aston Villa” və “Bolonya” da üz-üzə gələcəklər.
Qeyd edək ki, Avropa Liqasının dünən ilk oyunları keçirilib.
UEFA Avropa Liqası
Liqa mərhələsi, 1-ci tur
25 sentyabr
20:45. Qou Ehed İqls (Niderland) – FCSB (Rumıniya)
20:45. Lill (Fransa) – Brann (Norveç)
23:00. Ştutqart (Almaniya) – Selta (İspaniya)
23:00. Utrext (Niderland) – Olimpik Lion (Fransa)
23:00. Aston Villa (İngiltərə) – Bolonya (İtaliya)
23:00. Reyncers (Şotlandiya) - Genk (Belçika)
23:00. Zalsburq (Avstriya) – Portu (Portuqaliya)
23:00. Ferentsvaroş (Macarıstan) – Viktoriya Plzen (Çexiya)
23:00. Yanq Boyz (İsveçrə) – Panatinaikos (Yunanıstan)