EN

İmişlidə toyda 55 nəfərin zəhərlənməsi ilə bağlı

Sentyabrın 23-də İmişli rayonunun Muradxanlı kəndi ərazisində yerləşən yaşayış evlərindən birinin həyətində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 55 nəfərin növbəti gün qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Senzor.az bildirir ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin KİV-in sorğusuna verdiyi cavabda belə deyilir.

 

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yaşayış evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

 

Hazırda zərərçəkmiş şəxslərin müalicələri davam etdirilir.

Chosen
46
9
senzor.az

10Sources