Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ dövlət katibi Marko Rubionun ev sahibliyi etdiyi Trans-Atlantik şam yeməyində iştirak edib.Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib“Azərbaycanın bu mühüm tədbirdə iştirakı onun əməkdaşlığın gücləndirilməsində, möhkəmlənməsində etibarlı tərəfdaş kimi sadiqliyini və tanınmasını əks etdirir…”, – XİN-dən bildirilib.Qeyd edək ki, tədbirdə Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan da iştirak edib.