EN

Rusiya Ukraynaya “İsgəndər”lərlə hücum etdi


Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına məxsus təlim bölməsinin ərazisinə iki “İsgəndər” ballistik raketi ilə zərbə endirib.

Bu barədə Ukrayna Quru Qoşunlarının rəsmi açıqlamasında deyilir. Məlumata görə, raket zərbələri birbaşa Ukrayna hərbçilərinin sığınacağına düşüb. “Görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq, təəssüf ki, şəxsi heyət arasında itkilərvar. Hadisə yerində təcili xidmət qurumları işləyir. Yaralı hərbçilərə operativ şəkildə tibbi yardım göstərilir”, – deyə Quru Qoşunlarının məlumatında qeyd olunub.

Mətləb

Chosen
27
5
baki-xeber.com

10Sources