EN

Saat 10:00-da işıq kəsiləcək -

Sentyabrın 25-də Ordubad rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.Metbuat.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən məlumat verilib. Parağaçay 35 kV-luq hava xəttində 110 kV-luq xətlərin çəkilişi və bərpa işləri ilə əlaqədar olaraq elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq ediləcək. Bu səbəbdən saat 10:00-dan 11:00-dək Dar, Sabirkənd, Qoşadizə, Kələntərdizə, Başdizə, Gilançay, Parağaçay, Xanağa, Ağrı, Dizə, Vənəd, Başkənd, Vələver Qoruqları, Anaqut, Dırnıs, Kələki, Unus, Pəzməri, Dəstə, Düylün, Çənnəb, Üstüpü, Aza, Azad və Məzrə kəndlərində elektrik enerjisinin verilişində fasilələr olacaq.

Enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri aparılır.

Chosen
20
38
metbuat.az

10Sources