EN

Netanyahu: Fələstinin tanınması İsraili heç nəyə məcbur etməyəcək

Netanyahu: Fələstinin tanınması İsraili heç nəyə məcbur etməyəcək

İsrailin baş naziri Benyamin Netanyahu bir sıra ölkələrin Fələstini dövlət kimi tanıması qərarını rədd edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahu bu haqda danışarkən deyib: “Bəzi liderlərin fələstin terroru qarşısında rüsvayçı təslimiyyəti İsraili heç bir öhdəliyə vadar etməyəcək. Fələstin dövləti yaradılmayacaq”.

Xatırladaq ki, BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilən konfransda Andorra, Belçika, Lüksemburq, Malta, San-Marino və Fransa Fələstini rəsmən tanıdıqlarını açıqlayıblar. Bundan əvvəl, 21 sentyabrda isə Avstraliya, Böyük Britaniya, Kanada və Portuqaliya eyni addımı atmışdı.

Sözügedən ölkələr bəyanatlarında bildiriblər ki, iki xalq üçün iki dövlət prinsipi həm fələstinlilər, həm də israillilər üçün sülh və təhlükəsizliyin açarıdır.

Chosen
12
afn.az

1Sources