EN

Tramp və Epşteynin əl-ələ tutan heykəli vaxtından əvvəl Kapitolidən sökülüb

“Ən yaxşı dostlar həmişəlik” adlı abidə Kapitoliya ərazisindən uzaqlaşdırılıb...

Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və maliyyəçi Ceffri Epşteyni əl-ələ tutmuş vəziyyətdə təsvir edən “Ən yaxşı dostlar həmişəlik” adlı heykəl Kapitoliyadan vaxtından əvvəl götürülüb.

Poliqon xəbər verir ki, bu barədə Axios məlumat yayıb.

Rəsmi açıqlamada ABŞ Daxili İşlər Nazirliyinin nümayəndəsi Elizabet Pis bildirib ki, heykəl “verilən icazəyə uyğun gəlmədiyi üçün” sökülüb. Halbuki əvvəlki plana əsasən abidə 28 sentyabr axşamına qədər Kapitoliyaya yaxın ərazidə qala bilərdi.

Heykəlin təşəbbüskarları ilə bağlı “Gizli əl sıxma” adlı anonim qrup açıqlama yayaraq qeyd edib ki, Milli Parklar Xidməti quraşdırılma icazəsinin geri çağırılması barədə yazılı bildirişi 24 saat əvvəldən verməli idi. Lakin bu prosedur yerinə yetirilməyib.

Abidənin postamentində “Biz prezident Donald Tramp ilə onun ən yaxın dostu Ceffri Epşteyn arasındakı uzunmüddətli əlaqəni ucaldırıq” sözləri yazılmış lövhə yerləşdirilmişdi.

Xatırladaq ki, Epşteyn 2002–2005-ci illərdə onlarla azyaşlı qızı Nyu-Yorkdakı mənzilinə və şəxsi adasına gətirərək onlara qarşı seksual hərəkətlərdə ittiham olunmuşdu. İstintaqın məlumatına görə, dəvət edilənlərdən ən kiçiyinin 14 yaşı olub. 2019-cu ilin avqustunda isə Epşteyn həbsxana kamerasında huşsuz vəziyyətdə tapılıb və həyatını itirib.

ABŞ ictimaiyyətində uzun müddətdir ki, Epşteynin “müştərilər siyahısı” barədə mübahisələr davam edir. İddialara görə, həmin siyahıda Donald Trampın da adı yer alır. Keçmiş dövlət rəsmisi, hazırda isə biznesmen İlon Mask da bəyan edib ki, Tramp siyahının açıqlanmasına məhz öz adı səbəbindən mane olur. Lakin ABŞ prezidenti bu iddiaları qəti şəkildə təkzib edir.

Poliqon.info

Chosen
20
poliqon.info

1Sources