EN

ABŞ-nin sabiq FTB direktoru Ceyms Komiyə yalan ifadə verməklə bağlı ittiham irəli sürüləcək

İttihamların yaxın günlərdə açıqlanacağı və işin Virciniya ştatında prokurorluq tərəfindən aparılacağı bildirilir...

Poliqon xəbər verir ki, ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş direktoru Ceyms Komiyə Konqresə yalan ifadə verdiyi üçün ittiham irəli sürülməsi gözlənilir. MSNBC telekanalının məlumatına görə, bu addım yaxın günlərdə, yəni cinayət məsuliyyətinə cəlb olunma müddətinin – beş ilədək olan vaxt məhdudiyyətinin başa çatmasından əvvəl atıla bilər.

Kominin yalan ifadələrinin 2020-ci ilin sentyabrına aid olduğu bildirilir. Həmin vaxt o, ABŞ Konqresini Rusiyanın guya 2016-cı il prezident seçkilərinə müdaxiləsi ilə bağlı aparılan araşdırma üzrə məlumatlandırmışdı. Telekanalın mənbələri hazırda Komiyə qarşı hazırlanmaqda olan ittihamların tam həcminin məlum olmadığını, lakin işin ABŞ-ın Virciniya ştatının Şərq dairəsi üzrə prokurorunun ofisi tərəfindən aparıldığını qeyd edir.

Xatırladaq ki, avqustun əvvəlində ABŞ baş prokuroru Pem Bondi 2016-cı il seçkilərində Rusiya müdaxiləsi ilə bağlı nəticələrin saxtalaşdırılması ehtimalı üzrə araşdırma başladıb. Bu proses, Milli Kəşfiyyat İdarəsinin rəhbəri Tulsi Qabbardın yüzdən çox sənədi açıqlamasından sonra sürət qazanıb. Həmin sənədlər ABŞ xüsusi xidmət orqanlarının Moskvanın təsiri ilə bağlı gəldiyi nəticələri şübhə altına almışdı.

Bundan sonra ABŞ prezidenti Donald Tramp açıqlama verərək, sabiq FTB direktoru Ceyms Komi və keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Brennanın həbsi halında bunun onu “narahat etməyəcəyini” bəyan etmişdi.

Ekspertlərin fikrincə, Komiyə qarşı mümkün ittihamlar ABŞ-da xüsusi xidmət orqanlarının fəaliyyətinə və 2016-cı il seçkiləri ilə bağlı siyasi mübahisələrə dair müzakirələri yenidən alovlandıra bilər.

Poliqon.info

Chosen
69
poliqon.info

1Sources