EN

Ukrayna Rusiyanın Qara dəniz neft terminallarını vurdu

Ukrayna bu gün axşamüstü Rusiyanın Krasnodar diyarında Tuapse Neft Emalı Zavodunun neft terminalına pilotsuz dəniz kateri ilə zərbə endirib. Musavat.com Unian-a istinadən xəbər verir ki, zərbənin hədəfi müxtəlif neft məhsullarının, o cümlədən mazut, vakuum qazoylu, yüksək kükürdlü dizel yanacağı və digərlərinin yükləndiyi neft yükləmə estakadası olub.

Bu gün həmçinin Rusiyanın Qara dənizdəki Novorossiysk limanı da zərbələrə  tuş gəlib. Rusiya tərəfi dağıntı olmadığını, amma 15 nəfərin yaralandığını açıqlayıb.

Bloomberg-in məlumatına görə, Rusiyanın Qara dəniz sahilinə hücumdan sonra Xəzər Boru Kəməri Konsorsiumu (CPC) terminalı və Novorossiyskdəki Şesxaris daşıma kompleksi neftin yüklənməsini müvəqqəti dayandırıb.

Hər iki limandan gündə 2 milyon bareldən çox Rusiya və Qazaxıstan nefti ixrac edilir.

 

Musavat.com

Chosen
35
musavat.com

1Sources