Yəməndəki husilər tərəfindən buraxılan pilotsuz uçuş aparatının partlaması nəticəsində İsrailin Eylat şəhərində 22 nəfər yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə “Əş-Şarq əl-Avsət” qəzeti məlumat yayıb.
Məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır.
İsrail tərəfinin bəyanatına görə, bu, son günlərdə Yəməndən həyata keçirilən ikinci PUA hücumudur.