EN

Bandalar, narkotik, silahlar: Avropanın ən təhlükəli paytaxtları

Son zamanlar turistlər arasında getdikcə populyarlaşan Belçikanın paytaxtı Brüssel küçələrində silahla bağlı cinayətlərin səviyyəsini nəzərə alaraq, Avropanın ən təhlükəli şəhəri kimi tanınıb.

Qaynarinfo xəbər verir ki, "Euronews"un son araşdırmasına görə, hazırda bütövlükdə Avropada dəstə zorakılığının səviyyəsi artmaqdadır - avtomatik silahlarla atışmalardan tutmuş yeniyetmələrin qətlinə qədər. Brüssel Stokholm (İsveç), Marsel (Fransa) və Amsterdam (Niderland) ilə yanaşı, qitənin ən təhlükəli şəhərləri sırasındadır.

"Euronews" araşdırmasının bir hissəsi olaraq atışmaların ən çox baş verdiyi iri Avropa şəhərlərini, eləcə də dəstə zorakılığı və silahlı cinayətlərdən azad olan şəhərləri təhlil edib. Eyni zamanda, müəlliflər bunun elmi araşdırma olmadığını vurğulayırlar - bir çox ölkələrdə polis müfəssəl statistika aparmır və Avropa İttifaqının bütün paytaxtları belə məlumatları dərc etmir. Bunun əvəzinə tədqiqatçılar milli hesabatlara və press-relizlərə istinad edərək onları şəhərlərin ölçüsü ilə müqayisə ediblər.

Eyni zamanda, təhlil edilən şəhərlərin əksəriyyəti paytaxtdır, lakin Fransanın Marsel şəhəri də reytinqə daxil edilib - orada vəziyyət o qədər dramatikdir ki, buna məhəl qoymamaq çətindir. Paytaxtlara diqqət yetirilməsi həm də o deməkdir ki, silah cinayətinin olduqca yaygın olduğu bəzi Balkan ölkələri buraxılıb.

2025-ci ildə Avropanın ən təhlükəli şəhərləri

Brüssel tÉ™kcÉ™ Avropa diplomatiyasının mÉ™rkÉ™zi deyil, hÉ™m dÉ™ Aİ-nin silah cinayÉ™tlÉ™rinin paytaxtıdır. Bu il Brüssel silah zorakılığı baxımından Avropanın É™n tÉ™hlükÉ™li paytaxtı olub. Anderlext vÉ™ Molenbek rayonlarında narkotik dÉ™stÉ™lÉ™rinin fÉ™aliyyÉ™ti artıb. Avqustun ortalarına qÉ™dÉ™r 57 atışma qeydÉ™ alınıb, onlardan 20-si yay tÉ™tilindÉ™ baÅŸ verib. 

Prokuror Julien Moignil xəbərdarlıq edib ki, istənilən sakin təsadüfi güllə ilə vurula bilər və bandalara qarşı koordinasiyalı fəaliyyətə çağırıb. Bu arada, daxili işlər naziri Bernard Quintin hərbi patrulların tətbiqini və şəhərin həssas ərazilərində müşahidə şəbəkəsinin genişləndirilməsini dəstəkləyir.

Stokholm - Dinc paytaxtdan zorakılıq ocağına. 2025-ci ilin avqust ayına qədər İsveçin paytaxtında 55 atışma qeydə alınıb, nəticədə 9 nəfər ölüb. Təkcə bu il 113 atışma və 33 ölüm hadisəsi ilə ölkə daxilində silahlı cinayətlər artmaqdadır. Narkotik dəstələri yeniyetmə qatilləri cəlb edir, silah və partlayıcı maddələrdən istifadə edir. Bu görüntü İsveçin təhlükəsiz ölkə kimi əvvəlki imicinə ziddir.

Marsel - Narkotik mafiyasının qalası. Ötən il Marseldə narkotiklə bağlı atışmalarda 24 nəfər (əvvəlki il 49) həlak olub. Mütəxəssislər bildirirlər ki, azalma polisin fəaliyyəti ilə deyil, klan müharibəsinin sonu ilə bağlıdır. Yerli media bu il iki nəfərin öldüyü barədə məlumat yayıb, baxmayaraq ki, hələ rəsmi rəqəmlər yoxdur.

Amsterdam - Daha az atışma, daha çox partlayış. Rəsmi statistik məlumatlar yoxdur, lakin media xəbərləri bomba hücumlarının artdığını göstərir, 2023-cü ildə 197, əvvəlki ilə nisbətən iki dəfə çoxdur. Daha az atışma olub: biri ölümlə nəticələnən yeddi ciddi insident qeydə alınıb.

Orta dərəcədə cinayət riski olan Avropa şəhərləri

Bu arada, Paris (Fransa), Kopenhagen (Danimarka), Afina (Yunanıstan), Lissabon (Portuqaliya), Roma (İtaliya) və Madriddə (İspaniya) banda ilə bağlı atışmaların olduğu bildirilir, lakin ətrafdakılar üçün risk daha azdır.

AÅŸağı riskli paytaxtlar - Buxarest (Rumıniya), Lyublyana (Sloveniya), Nikosiya (Kipr), Praqa (Çexiya), Riqa (Latviya), Sofiya (Bolqarıstan), Vyana (Avstriya) vÉ™ ZaqrebdÉ™ (Xorvatiya) – yalnız silahlarla baÄŸlı insidentlÉ™r var.

Avropanın ən təhlükəsiz şəhərləri

Berlin (Almaniya), Dublin (İrlandiya), Helsinki (Finlandiya), Vilnüs (Litva), Budapeşt (Macarıstan), Varşava (Polşa), Bratislava (Slovakiya), Valletta (Malta), Tallin (Estoniya), Lüksemburq - burada demək olar ki, heç bir atışma yoxdur və baş verənlər təsadüfi olur.
 

Chosen
28
3
hit.az

4Sources