EN

ABŞ Rubio-Lavrov görüşünün detallarını açıqladı

ABŞ Dövlət Departamenti BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında baş tutan görüş barədə açıqlama verib. Metbuat.az xəbər verir ki, Rubio Lavrovla görüşdə Prezident Donald Trampın münaqişəyə son qoymağa çağırışını təkrarlayıb. Rubio Moskvanı Ukraynadakı münaqişənin davamlı həlli istiqamətində addımlar atmağa çağırıb.

Qeyd edək ki, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində bağlı qapılar arxasında keçirilən görüş təxminən bir saat davam edib.

Chosen
19
metbuat.az

1Sources