EN

ABŞ Ukraynaya hərbi kontingent göndərməyəcək

ABŞ Ukraynaya hərbi kontingent göndərməyəcək

ABŞ Ukraynaya hərbi kontingent göndərməyəcək.

AFN.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent "Fox Business" telekanalına verdiyi açıqlamada bildirib. O vurğulayıb ki, Vaşinqton öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil: “ABŞ qoşun və ya oxşar hərəkətlərə qarışmayacaq. Biz Avropaya silah satacağıq, Avropa isə onu Ukraynaya ötürə bilər”.

Nazir əlavə edib ki, hazırda Rusiya Avropanı sınağa çəkir və Avropa ölkələrinin qətiyyəti möhkəmlənməlidir: “Avropalılar Moskva əleyhinə iqtisadi sanksiyaları artırmalıdır, ABŞ yox”, – deyə Bessent bildirib.

O, həmçinin qeyd edib ki, Avropa ölkələri Rusiyanın iqtisadiyyatına zərər verəcək tədbirləri – xüsusilə neft gəlirlərinə təsir göstərməyi nəzərdən keçirməlidir: “Bu, onların arxa həyətində gedən müharibədir. Avropalılar əleyhinə aparılan müharibəni maliyyələşdirir. Biz istəyirik ki, Avropa müttəfiqlərimiz fəallaşsın və Rusiyanın gəlir mənbələrinə fokuslansın”.

Chosen
28
afn.az

1Sources