EN

İmişlidəki kütləvi zəhərlənməyə görə cinayət işi açıldı

ain.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sentyabrın 23-də İmişli rayonu Muradxanlı kəndi ərazisində yerləşən yaşayış evlərindən birinin həyətində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 55 nəfərin növbəti gün qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

AZXEBER.COM xəbər verir ki, bu haqda Baş Prokurorluğun Mətbuat xidməti mlumat yayıb.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yaşayış evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Hazırda zərərçəkmiş şəxslərin müalicələri davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
31
6
azxeber.com

10Sources