EN

Tramp hələ də Ukraynaya Rusiyanı vurmağa icazə vermir - WSJ

Rusiyaya qarşı ritorikasını dəyişməsinə baxmayaraq, ABŞ prezidenti Donald Tramp Amerika silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməyə icazə verməkdən imtina etməyə davam edir.

Qaziler.az xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) məlumat yayıb.

Nəşrin məlumatına görə, son günlər Amerika lideri Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşünə hazırlıq çərçivəsində yaxın ətrafının üzvləri ilə görüşlər keçirib.

WSJ iddia edir ki, Trampın köməkçiləri uzun müddətdir ki, Ukrayna məsələsində daha sərt mövqe nümayiş etdirməyə çalışırlar. Bunlara prezidentin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq və ABŞ-nin BMT-dəki yeni səfiri Mayk Ualts daxildir.

QAZİLER.AZ

Chosen
29
qaziler.az

1Sources