EN

UEFA-dan “Qarabağ”la bağlı yeni PAYLAŞIM - VİDEO

Musavat.com xəbər verir ki, UEFA Azərbaycan təmsilçisi “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində Portuqaliyanın “Benfika” klubuna qarşı tarixi qələbəsindən daha bir video yayımlayıb.

Paylaşılan videogörüntülərdə “Qarabağ” futbolçularının rəqib üzərində tam üstünlük göstərdiyi və meydanda “futbol dərsi” keçdiyi açıq-aydın görünür.

Qeyd edək ki, həmin oyunda “Qarabağ” səfərdə “Benfika”nı 3:2 hesabı ilə məğlub edərək Azərbaycan futbol tarixində böyük uğura imza atmışdı. 

 

Musavat.com

Chosen
50
musavat.com

1Sources