EN

Almaniyanın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

Gürcüstanın xarici işlər naziri Almaniya səfiri Peter Fişeri Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının prinsiplərini pozduğuna görə Xarici İşlər Nazirliyinə (XİN) çağırıb.

Busaat.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İrakli Kobaxidze bildirib.

“Gürcüstanda xidmət edən səfir Vyana Konvensiyasının prinsiplərini kobud şəkildə pozduqda onu XİN-ə çağırdılar. Bu, adi diplomatik tədbirdir”, – deyə Kobaxidze qeyd edib.

O, həmçinin vurğulayıb ki, Fişerin səlahiyyət müddəti 2026-cı ilin iyununda başa çatır və bundan sonra diplomat ölkəni tərk edəcək.

Qeyd edək ki, Fişer dəfələrlə hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının hərəkətlərini tənqid edərək, onları anti-Avropa adlandırıb. Gürcüstan hakimiyyəti isə öz növbəsində Fişeri və digər Avropa səfirlərini etirazçıları dəstəkləməkdə və radikalizmi təşviq etməkdə ittiham edir.

Yeganə

Chosen
41
busaat.az

1Sources