Metbuat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Kremlin
sözçüsü Dmitri Peskov Rusiya ilə ABŞ arasındakı münasibətlər barədə açıqlama
verib.
Metbuat.az xəbər verir ki, o, ABŞ ilə münasibətlərin yaxşılaşdırılması
prosesinin ləng irəlilədiyini bildirib. Onun sözlərinə görə, proses məhsuldar
deyil. Peskov ABŞ Prezidenti Donald Trampın Rusiyanı “kağızdan pələng” kimi
xarakterizə etməsinə münasibət bildirib. O, "Rusiya getdikcə daha çox ayı
ilə əlaqələndirilir. Kağız ayı deyilən bir şey yoxdur. Rusiya əsl ayıdır. Putin
dəfələrlə ayımızı müxtəlif emosiyalarla təsvir edib. Bu barədə kağızdan heç nə
yoxdur" - deyə bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna
müharibəsində hələ də qələbə qazanmadığı üçün Rusiyanı “kağız pələng”
adlandırıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.