EN

Dünyanın ən bahalı qəhvəsi Ginnesin Rekordlar Kitabına düşdü

BAKI, 24 sentyabr. TELEQRAF

Dünyanın ən bahalı kofesi Dubaydadır. Onun qiyməti680 dollardır.

Teleqraf xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabı məlumat yayıb.

"Ən bahalı qəhvə fincanı 2500 dirhəm (680 dollar) dəyərindədir və 13 sentyabr 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Roasters Specialty Coffee House-da hazırlanıb" - deyə, məlumatda bildirilir.

Qeyd edildiyi kimi, qəhvə xüsusi V60 hunisindən istifadə edilməklə əl ilə dəmlənib və qəhvə dənələri kimi Panamadakı Hacienda La Esmeralda tarlasında yetişdirilən ən nadir və eksklüziv qəhvə növlərindən biri olan Geyşadan istifadə edilib.

Chosen
66
2
teleqraf.com

3Sources