EN

Almaniyanın Tbilisidəki səfiri Gürcüstan XİN-ə çağırıldı

Almaniyanın Tbilisidəki səfiri Peter Fişer Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının prinsiplərini pozduğuna görə Gürcüstanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstanın "TV Pirveli" telekanalı məlumat yayıb.

Ölkənin Baş naziri İrakli Kobaxidze bu qərarı zəruri diplomatik tədbir adlandırıb.

"Cənab Fişer radikal müxalifətin fəaliyyətində birbaşa iştirak edir, məhkəmə sisteminə birbaşa təzyiq cəhdləri göstərir", - Kobaxidze bildirib.

Chosen
50
3
demokrat.az

4Sources