EN

Qusarda sel ilə gələn lil yollara dolub, hərəkət çətinləşibVİDEO

Qusarın Laza kəndinin mərkəzindən axan Laza çayı məcrasından çıxaraq yaşayış məntəqəsinə dolub.

Xezerxeber.az-ın məlumatına görə, son günlər çayın daşması nəticəsində kənddə su ilə qarışıq lil qatı da qalıb. Bu səbəbdən də kəndin bir tərəfindən digərinə piyada keçmək mümkün­süzdür.

Əraziyə Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin texnikaları cəlb olunub. Daşqının nəticələrinin aradan qaldırılması üçün işlərə başlanılıb.

İdarədən bildirilib ki, fəsadların minimuma endirilməsi üçün gələcəkdə Laza çayı boyunca beton bəndlərin vurulması nəzərdə tutulur.

O da bildirilib ki, polis və icra hakimiyyətinin əməkdaşları tərəfindən ərazi nəzarətdə saxlanılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.



Chosen
52
xezerxeber.az

1Sources