EN

Tayland gözəlinin tacı geri alındı

"Miss Grand Prachuap Khiri Khan" müsabiqəsində 27 yaşlı taylandlı Suphanie Noinonthongin qalib gəlməsi Taylandda böyük qalmaqal yaradıb.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, nəticələr elan edildikdən cəmi 24 saat sonra o, titulundan məhrum edilib.
 
Buna səbəb təşkilatçıları onun "OnlyFans" tanışlıq saytındakı paylaşımlarından xəbər tutması olub.

Suphanie açıqlamasında bunu məcburiyyətdən etdiyini, açıq-saçıq şəkillərini tanışlıq saytında yayımlayaraq, xəstə anasına baxmaq üçün pul qazandığını etiraf edib.

Təşkilatçılar bildirib ki, o tanışlıq saytlarındakı fəaliyyətini dayandırarsa, gələn ilki gözəllik müsabiqəsində iştirakına yenidən baxıla  bilər.
 
Titulundan məhrum edildikdən sonra Soufani Noinontong köhnə videolarını yayan onlayn resursları məhkəməyə verəcəyini də qeyd edib. 

 
 

Chosen
13
1
7news.az

2Sources