EN

Sabah bu ərazilərdə qaz olmayacaq

Sumqayıt şəhər Corat qəsəbəsində yeni balans qovşağının quraşdırılması ilə əlaqədar olaraq saat sentyabrın 25-də saat 10:00-dan etibarən işlər başa çatana qədər 1 300 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.

"Qaz İstismar İdarəsi abonentləri müvəqqəti narahatlığa görə üzr istəyir və təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir",- məlumatda qeyd olunub.

Eyni zamanda sabah İmişli rayonunun 7 kəndi və 1 qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

Buna səbəb diametri 225 mm-lik PE "Bəhrəmtəpə" orta təzyiqli daşıyıcı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağıdır.

Bununla əlaqədar 25 sentyabr saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun Göbəktala, Şahverdili, Bəhrəmtəpə, Sarxanlı, Boşçalılar, Vətəgə, Qaragüvəndikli kəndləri və Bəhrəmtəpə qəsəbəsində (ümumi 4 044 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Chosen
73
1
olke.az

10Sources