"ABŞ Prezidenti Donald Tramp fikirlərini tez-tez dəyişir. Rusya-Ukrayna müharibəsini dayandıracağını vəd etmişdi, prezident seçiləndə isə bu hələ də mümkün olmayıb. Əvvəlcə o, Zelenskiy’i tənqid edir, hətta ünvanına aşağılayıcı fikirlər səsləndirirdi, sonra isə Putin’i tərifləyirdi, lakin sonradan tam əksini deməyə başladı. Amma mənə elə gəlir ki, son hadisələr fonunda, üstəlik Alyaskada Putinlə görüşdən sonra, Trampın Putinə baxışı dəyişib".
Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun fikrincə, Tramp artıq anlayıb ki, Putin müharibəni davam etdirmək istəyir və ona yalan vədlər verir:
"Bu isə Trampın reytinginə təsirsiz ötüşmür. Tramp da reytinginin mənfi təsirindən narahat olmaya bilməz. Ona görə artıq Putinin hiylə işlədiyini anlayıb və Putinin müharibəni davam etdirəcəyi fikrində qətiyyətli olub.
Buna görə də Zelenskiy ilə görüşdə Putin haqqında və Rusiya hakimiyyətləri barədə düşüncələrini açıq şəkildə ifadə edib.
Əsas məsələ odur ki, Ukraynaya dəstək versin və Rusiyaya qarşı sanksiyalar sərtləşdirilsin. Bunun yaxın aylarda Trampın qərarlarında görünəcəyini gözləmək olar.
Hər halda, hazırda Amerika Avropa ittifakı ilə yanaşır və Ukraynaya dəstək artıb. Amerika özü birbaşa Ukraynaya hərbi texnika və raket göndərməsə də, bunu Avropaya satır və Avropada əmin raket və texnikaları Ukraynaya təhvil verirlər. Bu da məncə, Ukrayna üçün kifayətdir və hesab edirəm ki, Ukraynanın Prezidenti Zelenskiy də artıq Trampın mövqeyindən razı görünür".
Xalidə Gəray
Musavat.com