EN

Banqkokda metroya görə yol 50 metr dərinliyində çökdü VİDEO

ain.az bildirir, Olke.az portalına istinadən.

Banqkokda Vachira xəstəxanasının yaxınlığında, Samsen küçəsində şosse çöküb və 50 metrədək dərinliyi olan nəhəng çuxur yaranıb.

Ölkə.Az-ın "Canberra Times"a istinadən məlumatına görə, xəsarət alanlarla bağlı məlumat daxil olmayıb.

Hadisə nəticəsində avtomobillər zədələnib. Çökmə zonasından əhali təxliyə olunub, hərəkət tam dayandırılıb. Rayon ərazisində su təchizatında və elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Vachira xəstəxanası pasiyent qəbulunu dayandırıb.

Banqkok qubernatoru Çadçart Sittipunt bildirib ki, çökməyə metro stansiyasının tikinti işləri səbəb olub: torpaq tunelin stansiya ilə birləşdiyi hissəyə doğru sürüşüb. Vəziyyəti su kəmərinin partlaması daha da ağırlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
42
1
olke.az

2Sources