EN

Zelenski: Münaqişələr beynəlxalq hüququn iflasını göstərir

BAKI, 24 sentyabr. TELEQRAF

"Rusiyanın Ukraynaya qarşı müharibəsi və dünyadakı digər münaqişələr beynəlxalq institutların zəifliyini üzə çıxarıb".

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu vəziyyət yeni təhlükəsizlik arxitekturasının qurulmasını zəruri edir.

“Sudan, Somali, Fələstin və ya hər hansı başqa müharibə yaşayan xalqlar BMT-dən nə gözləyə bilər? Onilliklərdir yalnız bəyanatlar eşidirlər”, – Zelenski vurğulayıb.

Ukrayna lideri Əfqanıstanda “Taliban”ın ölkəni “qara dövrlərə” qaytardığını, bəzi Latın Amerikası ölkələrində isə narkokartellərin hökumətlərdən güclü olduğunu xatırladıb.

Prezident əlavə edib ki, beynəlxalq hüququn iflası və institutların zəifliyi səbəbindən Rusiya Zaporojye AES yaxınlığında belə atəşləri dayandırmır. Onun sözlərinə görə, bu, dünyanı yeni fəlakətlər riski ilə üz-üzə qoyur.

“Ən başlıcası, biz özümüz üçün yeni təhlükəsizlik arxitekturası qurmalıyıq. Artıq 30-dan çox dövlət bu prosesə qoşulub. Ordumuzu gücləndirir, tərəfdaşlarla birgə silah istehsalına başlayırıq”, – Zelenski deyib.

Chosen
33
teleqraf.com

1Sources