EN

“Elektrik təsərrüfatı saz vəziyyətdə olmadıqca olmadıqda yanğın riski artır” EKSPERTDƏN XƏBƏRDARLIQ

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda son günlər mənzillərdə baş verən yanğınların artması narahatlıq doğurur. Paytaxtın müxtəlif ərazilərində qeydə alınan hadisələr həm vətəndaşların həyat və sağlamlığı, həm də əmlakın təhlükəsizliyi üçün ciddi risklər yaradır.

Bəs Bakıda mənzillərdə tez-tez baş verən yanğınların səbəbi nədir?

Elektrik avadanlıqlarından düzgün istifadə edilməməsi, ehtiyatsızlıq, yoxsa təhlükəsizlik qaydalarına biganə yanaşma?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev vurğulayıb ki, istər çoxmənzilli yaşayış binaları, istərsə də fərdi yaşayış evləri olsun, yanğın təhlükəsizliyi qaydalarına mütləq ciddi riayət edilməlidir:

“Yanma qabiliyyəti yüksək olan, yanmaya və alışmaya meyilli maddələrin, məhlulların düzgün saxlanılmasına, açıq oddan istifadə edilməməsinə diqqət edilməlidir. Əgər lüzum yaranarsa, mütləq yanğın təhlükəsizliyi qaydalarına riayət olunmaqla bu işlər həyata keçirilməlidir.

Nasaz vəziyyətdə olan elektrik avadanlıqları, elektrik qurğuları və elektrik cihazları istifadə edilməməlidir və nəzarətsiz saxlanmamalıdır. Evi tərk edərkən elektrik cihazlarının cərəyan xəttindən ayrılmasına əmin olmaq vacibdir. Ümumiyyətlə, elektrik təsərrüfatının saz vəziyyətdə olmasına daim diqqət yetirilməlidir.”

Ekspert qeyd edib ki, elektrik təsərrüfatları mütləq saz vəziyyətdə olmalıdır:

“Qızma, qısaqapanma, qığılcım, alışma və yanğına səbəb olmasın. Əks halda, elektrik təsərrüfatı saz vəziyyətdə olmazsa və normadan artıq yüklənərsə, bu, qızma, qısaqapanma və nəticədə yanğına gətirib çıxaran əsas amillərdəndir.

Ona görə də mütləq birinci növbədə yaxşı olar ki, elektrik təsərrüfatı saz vəziyyətdə olsun və yanğın təhlükəsizliyi qaydalarına həm fərdi yaşayış evlərində, həm də çoxmənzilli yaşayış binalarında ciddi əməl olunsun ki, yanğın baş vermə riski və təhlükəsi yaranmasın.”

Gülxanım Əlieyeva

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
icma.az

1Sources