EN

Paytaxtda pərakəndə ticarət dövriyyəsinin həcmi 23 milyard manatı ötüb

Bakı, 24 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında paytaxtda pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artaraq 23 milyard 554,6 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 3,7 faiz artaraq 12 milyard 955,8 milyon manata, qeyri-ərzaq malları isə 4,3 faiz artaraq 10 milyard 598,8 milyon manat olub.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,8 faiz artıb. İstehlak məhsullarının 38,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,4 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.

 

Chosen
20
22
azertag.az

10Sources