EN

“Qarabağ”ın matçının biletləri satışa çıxarıldı

Misli Premyer Liqasının 6-cı turunda "Qəbələ" ilə qarşılaşacaq "Qarabağ"ın ev oyununun biletləri satışa çıxarılıb.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Biletlər saat 12:00-dan etibarən satışdadır.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Satış məntəqələrinə gəlincə, oyunu izləmək istəyənlər biletləri "iTicket.az"-dan onlayn sifariş verə, oyun günü isə həm də “Azersun Arena”nın kassasından ala bilərlər.

Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" oyunu 26 sentyabrda keçiriləcək. "Azersun Arena"da baş tutacaq matç saat 19:00-da başlayacaq.

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

III MDB Oyunlarında futbol yarışlarının püşkü atılıb

Millinin heyəti bəlli oldu

Klublarımız mübarizəni dayandırdılar

Chosen
2
5
apasport.az

7Sources