EN

Bu türk ölkəsinə gedən azərbaycanlıların sayı kəskin artdı

Cari ilin avqust ayının əvvəlinə qədər 11,4 mindən çox Azərbaycan vətəndaşı Özbəkistana turizm məqsədilə səfər edib.

KONKRET.az xəbər verir ki, bu barədə Özbəkistanın Milli Statistika Komitəsi xəbər verib.

Bildirilib ki, ötən illə müqayisədə turist axını 1,8 min nəfər artıb.

Azərbaycanlı qonaqların əksəriyyəti – 6,9 min nəfərdən çoxu ölkəyə məhz turizm məqsədilə gəlib. Bundan əlavə, 3,5 min nəfər qohum ziyarəti, 892 nəfər iş səfəri, altı nəfər isə təhsil məqsədilə Özbəkistanı ziyarət edib.

Mənbədən, həmçinin bildirilir ki, bu payız Özbəkistan sakinləri Türkiyə, Qazaxıstan və Çinlə yanaşı, Azərbaycana da bilet axtarışları həyata keçiriblər.

Chosen
4
3
konkret.az

4Sources