EN

"Ford" ABŞ-da 115 mindən çox avtomobili geri çağırır

"Ford" ABŞ-da 115 mindən çox avtomobili geri çağırır

Amerikanın "Ford" şirkəti ABŞ-da 115,5 mindən çox avtomobilini geri çağıracaq.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, qərar sükan idarəetmə sistemində aşkarlanan nasazlıq səbəbindən qəbul edilib.

Məlumata görə, geri çağırılma 2020–2021-ci illərdə istehsal olunan F-250, F-350 və F-450 modellərinə şamil edilir. Nasazlıq sükan sütununun yuxarı oxunun ayrılmasına, nəticədə nəqliyyat vasitəsinə nəzarətin itirilməsinə səbəb ola bilər.

Şirkət açıqlayıb ki, "Ford" dilerləri avtomobil sahiblərinə pulsuz təmir və ya nasaz detalın dəyişdirilməsini təmin edəcək.

Chosen
3
afn.az

1Sources