EN

Zaqatalada baş verən qəzada iki nəfər xəsarət ALDI

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Zaqatala-Qax avtomobil yolununun Zaqatalanın Muxax kəndindən keçən hissəsində motosikletlə minik avtomobili toqquşub.

Redaktor.az Zaqatala Rayon Mərkəzi Xəstəxanasına istinadən bildirir ki, Muxax kənd sakinləri - 64 yaşlı Aydın Həmzəyev və həyat yoldaşı 64 yaşlı Nigar Həmzəyevə müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə çatdırılıblar. Onlara ilkin tibbi yardım olunduqdan sonra xəstəxananın cərrahiyyə korpusuna yerləşdiriliblər. Həkimlər onların vəziyyətlərini orta-ağır qiymətləndirir.

Baş verən nəqliyyat hadisəsi ilə əlaqədar Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
43
5
redaktor.az

6Sources