Rusiyaya məxsus MiQ-29 qırıcıları ölkənin hava qüvvələrini gücləndirmək məqsədi ilə İrana gəlib.
Operativ Media xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik komitəsinin üzvü Əbülfəzl Zöhrəvənd mətbuata bildirib.
O bildirib ki, MiQ-29-lar Şiraz şəhərində yerləşdirilib.
Həmçinin, Çinin HQ-9 hava hücumundan müdafiə sistemləri və Rusiyanın S-400 kompleksləri də İrana “külli miqdarda” çatdırılır.